Enerji Məsələlərini Tənzimləmə Agentliyi audit üçün tender elan edib

Agah.az xəbər verir ki, Energetika Nazirliyinin tabeliyində fəaliyyət göstərən Enerji Məsələlərini Tənzimləmə Agentliyi 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.
Tenderdə iştirak haqqı 50 manat müəyyən edilib. İddiaçılar öz təkliflərini martın 14-nə qədər Agentliyin Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152 ünvanına təqdim edə bilərlər. Təkliflərə həmin gün saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.
Qeyd edək ki, ötən il bu tenderin qalibi “Professional Financial Experts” MMC olub və şirkətə 3,5 min manat ödənilib.