Bakıda Sexdə Yanğın: Alovun Yayılmasının Qarşısı Alınıb

Agah.az xəbər verir ki, Bakının Nərimanov rayonunda yerləşən tamet sexində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə Müzəffər Nərimanov küçəsində qeydə alınıb. Yanğınla bağlı “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində ümumi sahəsi 220 kvadratmetr olan sexdə baş verən yanğın qısa müddətdə söndürülüb. Havanın küləkli olmasına və alovun yayılma təhlükəsinə baxmayaraq, yanğının genişlənməsinin qarşısı alınıb.
Yanğın nəticəsində sexin 70 kvadratmetr sahəsində soba və rezin qəliblər yanıb. Lakin sexin böyük hissəsi alovdan mühafizə olunub.