Qarlı Hava Şəraitində Təcili Yardıma Müraciət Edənlərin Sayı Açıqlanıb

Agah.az xəbər verir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə bağlı edilən müraciətlərin sayı açıqlanıb.
TƏBİB-in məlumatına görə, ötən gecədən bu gün saat 10:00-a qədər hava şəraitinin kəskin dəyişməsi nəticəsində 24 nəfər (14 qadın, 10 kişi) təcili yardıma müraciət edib. Onlardan 23 nəfər müxtəlif travmalarla xəstəxanaya yerləşdirilib, 1 nəfər isə hospitalizasiyadan imtina edib.
Qeyd edək ki, qarlı və buzlu hava şəraitində piyadalar və sürücülər ehtiyatlı olmalı, xüsusi təhlükəsizlik qaydalarına riayət etməlidirlər.