Bakıda avtobus piyadanı vuraraq öldürdü

Bakıda avtobus piyadanı vuraraq öldürdü
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, paytaxtın Suraxanı rayonunda avtobusun piyadanı vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, 1961-ci il təvəllüdlü İlqar Əliyevin idarə etdiyi “Daewoo” markalı avtobus yolu keçmək istəyən 1973-cü il təvəllüdlü Zahid Xibabayevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Açar sözlər: Bakıda yol qəzası, avtobus piyadanı vurdu, Suraxanı rayonu, ölüm hadisəsi, yol-nəqliyyat hadisəsi

Dostuna göndər xəbərdən agah olsun: