Bakıda və Abşeronda Güclü Qar: Sürücülərdən Ehtiyatlı Olmaq Tələb Olunur

Bakıda və Abşeronda Güclü Qar: Sürücülərdən Ehtiyatlı Olmaq Tələb Olunur
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, hazırda Bakı və Abşeron yarımadasında güclü qar müşahidə olunur. Hava şəraitinin kəskin dəyişməsi yolların buz bağlamasına və nəqliyyatın hərəkətində çətinliklərin yaranmasına səbəb olub.

Mütəxəssislər sürücülərə ehtiyatlı olmağı, zəruri hal olmadıqda şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyi tövsiyə edirlər. Yol qəzalarının və tıxacların qarşısını almaq üçün sürət həddinə xüsusi diqqət yetirilməsi, ara məsafəsinin qorunması və qəfil manevrlərdən çəkinmək vacibdir.

Qeyd edək ki, qarın intensiv yağması şəhər yollarında sürüşmə riskini artırıb. Kommunal xidmətlər yollarda təmizlik və duzlama işləri aparsalar da, hələ də bəzi küçə və prospektlərdə hərəkət çətinləşib.

Piyadalara da təhlükəsizlik tədbirlərinə riayət etmələri, buzlu yollarda ehtiyatlı hərəkət etmələri tövsiyə olunur. Hava şəraitinin yaxın bir nece gün  davam edəcəyi  gözlənilir.

Dostuna göndər xəbərdən agah olsun: