İlon Mask: “ABŞ büdcə kəsiri problemini həll etməsə, ölkə iflas edəcək”

İlon Mask: “ABŞ büdcə kəsiri problemini həll etməsə, ölkə iflas edəcək”
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask ölkənin büdcə kəsiri problemi ilə bağlı ciddi xəbərdarlıq edib.

“Fox News” telekanalına müsahibəsində Mask bildirib ki, əgər kəsirlə bağlı problem həll olunmazsa, ABŞ-ın sosial və tibbi xidmətlər üçün maliyyə vəsaiti qalmayacaq.

“Əgər bu məsələni həll etməsək, tibbi yardım və sosial sığorta üçün pul olmayacaq. Bu problemi həll etmək vacibdir, əks halda, Amerika müflisləşəcək”, – deyə o vurğulayıb.

Açar sözlər: İlon Mask, ABŞ büdcə kəsiri, iflas, sosial sığorta, tibbi yardım, iqtisadi böhran

Dostuna göndər xəbərdən agah olsun: