Naxçıvanda Dövlət Vergi Xidmətinin rəisi vəzifəsindən azad edildi

Agah.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Cavid Kəngərli vəzifəsindən azad edilib.
Məlumata görə, bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.
Digər sərəncama əsasən, Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq onun müavini Tural Abdulzadəyə həvalə edilib.
Açar sözlər: Naxçıvan, Dövlət Vergi Xidməti, Cavid Kəngərli, vəzifədən azad edilmə, Tural Abdulzadə, Bəxtiyar Məmmədov, Naxçıvan Ali Məclisi