Bakı Metropolitenində yeni təyinat – İnarə Vəliyeva yüksək vəzifəyə gətirildi

Bakı Metropolitenində yeni təyinat – İnarə Vəliyeva yüksək vəzifəyə gətirildi
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Bakı Metropolitenində yüksək vəzifəyə yeni təyinat həyata keçirilib.

Məlumata görə, İnarə Vəliyeva “Bakı Metropoliteni” QSC-nin sədr müşaviri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, o, bundan əvvəl, 2023-cü ildən etibarən Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri vəzifəsini icra edib.

İnarə Vəliyeva Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, eləcə də Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.

Açar sözlər: Bakı Metropoliteni, İnarə Vəliyeva, yeni təyinat, sədr müşaviri, Bakı Metropoliteni QSC, Rəqəmsal İnkişaf Agentliyi, idarə heyəti, dövlət universiteti

Dostuna göndər xəbərdən agah olsun: