Asiya Parlament Assambleyasının 1 milyon dollarlıq büdcəsi təsdiqləndi

Asiya Parlament Assambleyasının 1 milyon dollarlıq büdcəsi təsdiqləndi
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən iclasında təşkilatın 1 milyon ABŞ dolları məbləğində olan büdcəsi qəbul edilib.

APA-nın Büdcə və Planlaşdırma Daimi Komitəsinin iclasında təsdiqlənən büdcə 44 üzv ölkə arasında bölüşdürüləcək. Minimum ödəniş 22 min, maksimum isə 50 min ABŞ dolları olacaq.

Büdcə üç əsas maddə üzrə bölüşdürüləcək:

  1. Əməliyyat və strateji xərclər – ilkin təsdiqlənmiş və əsas fəaliyyətlərə ayrılan vəsait.
  2. Əlavə xərclər – APA-nın yeni layihə və proqramlarının maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş vəsait.
  3. Ehtiyat xərcləri – fövqəladə hallar və gözlənilməz hadisələrin maliyyələşdirilməsi üçün ayrılan vəsait.
Dostuna göndər xəbərdən agah olsun: