Bakıda məişət tullantılarının yarıdan çoxunun aqibəti naməlumdur

Agah.az xəbər verir ki, Hesablama Palatasının apardığı audit nəticəsində Bakıda məişət tullantılarının 57,5%-nin hara yönəldildiyinin məlum olmadığı müəyyən edilib.
Araşdırmaya görə, hazırda məişət tullantılarının yalnız 42,5%-i rəsmi olaraq “Təmiz Şəhər” ASC-yə təhvil verilir. Qalan tullantıların isə hansı istiqamətə yönəldiyi qeyri-müəyyəndir. Bu vəziyyət qanunsuz çeşidlənmə və tullantıların düzgün idarə olunmaması kimi problemləri artırır.
Palata hesabatında tullantıların toplanması və daşınması sahəsində vahid nəzarət mexanizminin yaradılmasının vacibliyini vurğulayıb.