Litva Ukraynaya yeni hərbi yardım göndərib

Agah.az xəbər verir ki, Litva Ukraynaya yük maşınları, termal kameralar və digər hərbi avadanlıqdan ibarət yeni yardım partiyası göndərib.
Litva Müdafiə Nazirliyinin məlumatına görə, yardım paketi “Ramştayn” formatında keçirilən son görüşdə elan edildiyi kimi, 80 milyon avro dəyərindədir. Ümumilikdə, Litvanın Ukraynaya təqdim etdiyi hərbi yardımın məbləği 1 milyard avroya yaxınlaşıb.
Qeyd edək ki, Litva Ukraynanın ən təcili ehtiyaclarını qarşılamaq üçün 100 milyon avro dəyərində dəstək paketi hazırlayıb.