Fevralın 20-də Bakıda və rayonlarda qar və sulu qar gözlənilir

Agah.az xəbər verir ki, fevralın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, səhər saatlarından bəzi yerlərdə sulu qara, axşam isə qara keçəcəyi proqnozlaşdırılır. Yarımadanın bəzi bölgələrində yağıntıların intensivləşəcəyi ehtimal edilir. Şimal-qərb küləyi arabir güclənəcək.
Paytaxtda gecə temperatur 1-3° isti, gündüz isə 4°-yə qədər yüksələcək. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət isə 70-80% təşkil edəcək.
Ölkənin digər rayonlarında da bəzi yerlərdə yağıntılar gözlənilir, dağlıq ərazilərdə qar və sulu qar yağacaq. Ayrı-ayrı bölgələrdə hava şəraitinin güclənəcəyi, yolların buz bağlama ehtimalının olduğu bildirilir.