Apteklərin dərman təlimatı qaydalarını pozmasına görə cərimə tətbiq ediləcək

Apteklərin dərman təlimatı qaydalarını pozmasına görə cərimə tətbiq ediləcək
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az məlumat verir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) dərman vasitələrinin istifadə təlimatı olmadan satılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

AEM bildirir ki, qanunvericiliyə əsasən, dərmanların Azərbaycan dilində içlik vərəqəsi olmalıdır. Əgər dərman vasitəsi xarici dildə olan təlimatla satışa çıxarılıbsa, vəsiqə sahibi aptekləri Azərbaycan dilində təsdiq olunmuş içlik vərəqəsi ilə təmin etməlidir. İstehlakçı tələb etdiyi halda aptek bu vərəqəni çap edərək təqdim etməlidir.

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə görə, bu qaydaların pozulması aşağıdakı cərimələrə səbəb olacaq:

  • Vəsiqə sahibi: Vəzifəli şəxs üçün 1 500-2 000 manat, hüquqi şəxs üçün 5 000-7 000 manat.
  • Apteklər: İstifadə təlimatını çap edib təqdim etmədikdə 50 manat.

Bundan əlavə, səhiyyə sahəsində tətbiq olunan elektron resept sistemi vasitəsilə vətəndaşlar dərman vasitələrinin istifadə təlimatlarını elektron qaydada əldə edə bilərlər.

Vətəndaşlar apteklərlə bağlı problemlərlə üzləşdikdə AEM-in “qaynar xətt”inə (012 596 05 20) və ya pharma.az portalına müraciət edə bilərlər.

Dostuna göndər xəbərdən agah olsun: