Abşeronda səkkiz yaşlı uşaq boğazında qida qalmasından boğulub həyatını itirdi

Agah.az xəbər verir ki, Abşeron rayonunda azyaşlının faciəvi ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Məlumata görə, fevralın 17-si saat 18 radələrində Saray qəsəbəsində yaşayan 2017-ci il təvəllüdlü Səyid Zəkəriyəyevin boğazına qida qalıb və nəfəs borusunu tıxayıb. Azyaşlı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Açar sözlər: Abşeronda bədbəxt hadisə, 8 yaşlı uşaq boğuldu, qida boğulması, Saray qəsəbəsində ölüm, azyaşlının faciəsi