Bakıda ana və iki övladı yolu keçərkən avtomobil tərəfindən vuruldu

Agah.az xəbər verir ki, Bakının Mətbuat prospektində ana və iki övladının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, piyada zolağına daxil olan ana və övladları avtomobil tərəfindən vurulub. Hadisənin anbaan görüntüləri yayımlanıb.
Qurum sürücülərə çağırış edərək, piyadalara qarşı daha diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi əməl etməyə səsləyib. Bildirilib ki, sükan arxasında edilən bir səhv günahsız insanların həyatına son qoya bilər.
Açar sözlər: Bakıda yol qəzası, ana və uşaqlar avtomobil vurdu, piyadaların vurulması, Mətbuat prospektində qəza, BDYPİ-nin xəbərdarlığı