Türkiyədə PKK-ya qarşı keçirilən əməliyyatda 282 nəfər saxlanılıb

Türkiyədə PKK-ya qarşı keçirilən əməliyyatda 282 nəfər saxlanılıb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Türkiyənin 51 əyalətində beş gündür davam edən “GÜRZ-46” antiterror əməliyyatı çərçivəsində 282 nəfər saxlanılıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. O bildirib ki, saxlanılan şəxslər PKK terror təşkilatını maliyyələşdirməkdə, üzv toplamaqda, qanunsuz nəşrləri yaymaqda, zorakılıq xarakterli küçə hadisələrinə qatılmaqda və sosial mediada terror təbliğatı aparmaqda şübhəli bilinirlər.

Əməliyyat zamanı saxlanılanların yaşadıqları yerlərdən silah-sursat və çoxlu sayda rəqəmsal materiallar aşkarlanıb.

Dostuna göndər xəbərdən agah olsun: