Azərbaycan XİN Qambiyanı Milli Günü münasibətilə təbrik edib

Agah.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qambiyanı Milli Günü münasibətilə təbrik edib.
Bu barədə XİN-in rəsmi sosial media hesabında paylaşım edilib.
“Milli Günü münasibətilə Qambiya və onun xalqını təbrik edirik! Milli bayramınız mübarək!” – paylaşımda qeyd olunub.