Qarabağ və Şərqi Zəngəzurda 8 dərəcəyədək şaxta olub

Qarabağ və Şərqi Zəngəzurda 8 dərəcəyədək şaxta olub
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, fevralın 18-i saat 09:00-a olan məlumata əsasən, ölkənin əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi şərq bölgələrində qısamüddətli yağıntı qeydə alınıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Astarada 3 mm, Lənkəranda 2 mm, Şabran, Oğuz, Qəbələ, Quba və Cəlilabadda isə 1 mm-dək yağıntı düşüb. Dağlıq ərazilərə qar yağıb, Xaltan və Qusar bölgələrində qarın hündürlüyü 1 sm təşkil edib.

Fevralın 17-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti 19 m/s-dək güclənib. Naftalan, Şəmkir, Zaqatala, Şəki, Şamaxı, Oğuz, Qusar, Lerik, Qrız, Yevlax, Zərdab, İmişli və Cəfərxan ərazilərində duman müşahidə olunub, görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcə isti, Aran rayonlarında 5 dərəcə isti, Naxçıvan, dağlıq rayonlar, Qarabağ və Şərqi Zəngəzur bölgəsində isə 8 dərəcəyədək şaxta olub.

Dostuna göndər xəbərdən agah olsun: