Biləcəri qəsəbəsində qaz təchizatı müvəqqəti dayandırılacaq

Biləcəri qəsəbəsində qaz təchizatı müvəqqəti dayandırılacaq
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, fevralın 18-də Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsinin N. Asimzadə küçəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, qazın kəsilməsi yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədardır. İşlər saat 10:00-dan etibarən başlayacaq.

Dostuna göndər xəbərdən agah olsun: