Əfqanıstanda qar uçqunu üç nəfərin həyatına son qoyub

Əfqanıstanda qar uçqunu üç nəfərin həyatına son qoyub
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Əfqanıstanın qərbində yerləşən Qor əyalətində baş verən qar uçqunu nəticəsində üç nəfər ölüb.

Bu barədə əyalət polisinin nümayəndəsi Əbdül Rəhman Bədri məlumat verib. Onun sözlərinə görə, polis əməkdaşları ölən şəxslərin meyitlərini taparaq ailələrinə təhvil veriblər.

Bundan əvvəl ölkənin şimalında yerləşən Bədəxşan və Fəryab əyalətlərində analoji hadisələr nəticəsində ən azı beş nəfər həyatını itirib.

Dostuna göndər xəbərdən agah olsun: