Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Dostuna göndər xəbərdən agah olsun:

Cəlilabad şəhəri ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Agah.az ın Muğan bürosunun məlumatına görə, “VAZ-2106” və “VAZ-2107” markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində rayon sakinləri, 1993-cü il təvəllüdlü Şahmar Rəcəbov və 2007-ci il təvəllüdlü Cahan Hüseynovova müxtəlif xəsarətlər alıblar.

Yaralılar Cəlilabad rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)