Dövlət müəssisəsinin əməkdaşı elektrik cərəyanı vurması nəticəsində vəfat etdi

Agah.az xəbər verir ki, Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində faciəvi hadisə baş verib. Dövlət müəssisəsində çalışan 50 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.
Məlumata görə, hadisə fevralın 16-da Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində qeydə alınıb. Mərkəzin elektrik işçisi, 1975-ci il təvəllüdlü Qabil Ənvər oğlu Əhmədov cərəyan vurması səbəbindən hadisə yerində dünyasını dəyişib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Açar sözlər: Ramana qəsəbəsində hadisə, elektrik cərəyanı vurması, işçi vəfat etdi, Bakıda bədbəxt hadisə, Sabunçu rayonu xəbərləri, peşə reabilitasiya mərkəzi