Mərdəkan yolunda baş verən qəzada həlak olan sürücü barədə yeni detallar

Agah.az xəbər verir ki, fevralın 16-sı axşam saatlarında Mərdəkan-Buzovna yolunun Qala qəsəbəsindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olub.
Məlumata görə, qəza nəticəsində dünyasını dəyişən 18 yaşlı sürücü Sadiq Nurlan oğlu Mikayılov yüksək sürət həvəskarı olub. O, dəfələrlə 160-200 km/saat sürətlə hərəkət edərək bu anları “TikTok” hesabında paylaşıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Rüstəm Əhmədli bildirib ki, hadisə fevralın 16-sı saat 21:52-də baş verib. Zərdab rayon sakini olan sürücü 77-FS-511 dövlət nömrə nişanlı “Hyundai i30” markalı avtomobili idarə edərkən iki yolayrıcında olan məlumat lövhəsinə çırpılıb. Güclü zərbə nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub. Qəza anına aid görüntülər isə sosial şəbəkələrdə yayılıb.
Açar sözlər: Mərdəkan yolunda qəza, yol-nəqliyyat hadisəsi, sürücü həlak olub, Bakı qəza xəbərləri, Hyundai i30 qəza, yüksək sürət qəzaları