DİM dövlət qulluğuna qəbul və fəaliyyətin davam etdirilməsi imtahanları keçirib

Agah.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 16-da dövlət qulluğuna qəbul və fəaliyyətin davam etdirilməsi üzrə imtahanlar keçirib.
İmtahanlar Bakı və Naxçıvan şəhərlərində kompüter vasitəsilə təşkil olunub və ümumilikdə 796 namizəd iştirak edib.
Dövlət qulluğuna qəbul imtahanında BB vəzifə altqrupu üzrə 265 nəfər uğur qazanıb. Onlardan:
- BB1 altqrupu üzrə 18 nəfər,
- BB2 altqrupu üzrə 48 nəfər,
- BB3 altqrupu üzrə 83 nəfər,
- BB4 altqrupu üzrə 116 nəfər müvəffəqiyyət əldə edib.
Bundan əlavə, AB, AC, BA və BB vəzifə qrupları üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı saat 16:00-da başlayıb.
İmtahanın nəticələri sabah DİM-in saytında yerləşdiriləcək. Apellyasiya Komissiyası isə fevralın 17-19-da saat 14:00-dan 17:00-dək fəaliyyət göstərəcək.