Zelenski: Avropa Silahlı Qüvvələrinin yaradılması zərurətə çevrilib

Zelenski: Avropa Silahlı Qüvvələrinin yaradılması zərurətə çevrilib
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı Avropa Silahlı Qüvvələrinin yaradılmasının vacibliyini vurğulayıb.

O, Avropa ölkələrini öz təhlükəsizliyini təmin etməyə və güclərini Ukrayna ilə birləşdirməyə çağırıb: “Avropaya inanıram və sizi də inanmaga çağırıram. Avropa xalqları, ailələriniz və ümumi gələcəyimiz naminə hərəkət etməliyik”.

Zelenski qeyd edib ki, “Bir çox liderlər Avropanın öz ordusuna ehtiyacı olduğunu bildiriblər. Hesab edirəm ki, bu vaxt artıq gəlib çatıb. Avropa Silahlı Qüvvələri yaradılmalıdır”.

O, həmçinin NATO-nun Baş katibi Mark Rutteyə müraciət edərək bildirib ki, bu qüvvələr Alyansa alternativ deyil, əksinə, Avropanın təhlükəsizliyə töhfəsini artırmaq məqsədi daşıyır.

Dostuna göndər xəbərdən agah olsun: