Qənirə Paşayeva ilə vida mərasimi sabah Heydər Məscidində olacaq

Dostuna göndər xəbərdən agah olsun:

Milli Məclisin deputatı Qənirə Paşayeva ilə vida mərasimi sabah saat 10-da Heydər Məscidində olacaq.

Bu barədə Q.Paşayevanın qardaşı Hüseyn Paşayev bildirib.

O, qeyd edib ki, cənazə namazı qılındıqdan sonra Q.Paşayeva İkinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)