Ölkə ərazisində yağıntılı hava: Dağlıq rayonlara qar yağıb

Ölkə ərazisində yağıntılı hava: Dağlıq rayonlara qar yağıb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, fevralın 15-də ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub, dağlıq rayonlarda qar yağıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, qarın hündürlüyü Lerikdə 24 sm, Qrızda 16 sm, Şahdağda 10 sm, Şuşada 7 sm, Kəlbəcər, Laçın və Daşkəsəndə isə 5 sm olub.

Bəzi düzən rayonlarda yağış yağıb, ən çox yağıntı Neftçalada (12 mm) və Kürdəmirdə (7 mm) qeydə alınıb. Bakı və Abşeron yarımadasında isə 9 mm-dək yağış düşüb.

Ölkənin müxtəlif bölgələrində duman müşahidə edilib, görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeronda 3°C, Aran rayonlarında 4°C isti, dağlıq ərazilərdə isə 18°C-dək şaxta olub.

Dostuna göndər xəbərdən agah olsun: