Sabahdan etibarən hava sabitləşəcək, ayın sonuna doğru qar gözlənilir

Sabahdan etibarən hava sabitləşəcək, ayın sonuna doğru qar gözlənilir
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, sabahdan etibarən ölkədə yağıntılar kəsiləcək və hava şəraiti tədricən sabitləşəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov məlumat verib. Onun sözlərinə görə, qış mövsümünə uyğun olaraq, sonrakı günlərdə havanın yenidən qeyri-sabitləşmə ehtimalı yüksəkdir.

“Ölkəmizə şimaldan soyuq hava kütlələri daxil olub. Bu səbəbdən ayın sonuna yaxın Bakı və Abşeron yarımadasında qar yağacağı istisna edilmir”, – deyə o bildirib.

açar sözlər: hava proqnozu, Bakı hava durumu, qar yağışı, Abşeron sabit hava, Nazim Mahmudov, Milli Hidrometeorologiya Xidməti

Dostuna göndər xəbərdən agah olsun: