Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanıldı

Agah.az xəbər verir ki, Bakıda qadına qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə Nərimanov rayonu ərazisində baş verib. Naməlum şəxs zor tətbiq edərək 28 yaşlı qadının çantasını ələ keçirib.
Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 23 yaşlı Ə.Qəhrəmanov saxlanılıb. Onun üzərindən psixotrop maddə – metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
açar sözlər: Bakı soyğunçuluq, polis əməliyyatı, Nərimanov rayonu, qadına qarşı cinayət, metamfetamin, saxlanılan şəxs