Azərbaycanda mülki odlu silah əldəetmə yaşı 21-ə qaldırılır

Azərbaycanda mülki odlu silah əldəetmə yaşı 21-ə qaldırılır
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Azərbaycanda mülki odlu silah əldə etmək üçün yaş həddi 18-dən 21-ə qaldırılır.

Bu barədə Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilən “Cinayət Məcəlləsinə” və “Xidməti və mülki silah haqqında” qanuna dəyişiklik layihəsində nəzərdə tutulub. Layihə birinci oxunuşda qəbul edilib.

Hazırkı qanunvericiliyə əsasən, xidməti və mülki silah əldə etmək hüququ olan subyektlərə dövlət orqanları, hüquqi şəxslər, silah istehsalı və satışı ilə məşğul olan müəssisələr, idman və ovçuluq cəmiyyətləri və təhsil müəssisələri daxildir.

Dəyişikliklərin qüvvəyə minməsi üçün qanun layihəsinin növbəti oxunuşlarda da qəbul edilməsi və dövlət başçısı tərəfindən təsdiqlənməsi tələb olunur.

Dostuna göndər xəbərdən agah olsun: