MSK bu gün bələdiyyə seçkilərinin yekun nəticələrini açıqlayacaq

MSK bu gün bələdiyyə seçkilərinin yekun nəticələrini açıqlayacaq
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək və 2025-ci il bələdiyyə seçkilərinin ümumi yekunları elan ediləcək.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, bələdiyyə seçkilərinin yekunlarının yoxlanılması və təsdiqi fevralın 18-dək tamamlanmalıdır. Nəticələrin elan olunması isə ən geci fevralın 23-dək başa çatdırılmalıdır. Hər iki prosedura cavabdeh qurum Mərkəzi Seçki Komissiyasıdır.

Xatırladaq ki, yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində 1 milyon 874 min 810 seçici iştirak edib və seçici fəallığı 31.45% təşkil edib.

açar sözlər: MSK iclası, bələdiyyə seçkiləri 2025, seçki nəticələri, Mərkəzi Seçki Komissiyası, seçici fəallığı

Dostuna göndər xəbərdən agah olsun: