Sabirabadda həmkəndlisini bıçaqlayan şəxsə həbs cəzası verildi

Agah.az xəbər verir ki, Sabirabadda həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən Vüsal Məlikovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavanşir Nəbiyevin sədrliyi ilə keçirilən iclasda Vüsal Məlikov dörd il altı ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama əsasən, hadisə 15 avqust 2024-cü ildə Sabirabadın Şıx Salahlı kəndindəki məktəbin idman meydançasında baş verib. Sərxoş vəziyyətdə olan Vüsal Məlikov həmkəndlisi Sahib Namazlı ilə mübahisə edib. Mübahisəyə səbəb Sahibin onu çətənə bitkilərini oğurlamaqda ittiham etməsi və mərhum atasının ünvanına nalayiq ifadələr işlətməsi olub. Mübahisə zamanı Vüsal Məlikov əvvəlcə Sahibin baş və bədəninə yumruq, təpik və başı ilə zərbələr endirib, daha sonra ağac parçası və mətbəx bıçağı ilə ona xəsarətlər yetirib.
Hadisədən sonra saxlanılan Vüsal Məlikov barəsində həbs qətimkan tədbiri seçilib.
açar sözlər: Sabirabadda cinayət, həmkəndli mübahisəsi, bıçaqlanma hadisəsi, məhkəmə hökmü, Lənkəran Ağır Cinayətlər Məhkəməsi