Bakıda “Lazer Beauty Klinikası”nın lisenziyası ləğv edilə bilər

Bakıda “Lazer Beauty Klinikası”nın lisenziyası ləğv edilə bilər
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Bakıda fəaliyyət göstərən “Lazer Beauty Klinikası”nın lisenziyasının ləğvi üçün İqtisadiyyat Nazirliyinə müraciət edilib.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən klinikanın fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb. Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri əsasında cərimələrin tətbiqi üçün məhkəməyə müraciət olunub.

Aşkar edilən pozuntuların ciddiliyi nəzərə alınaraq, klinikanın lisenziyasının dayandırılması və ya ləğv edilməsi ilə bağlı bu gün Səhiyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyinə rəsmi məktub göndərilib.

Dostuna göndər xəbərdən agah olsun: