Bolqarıstan Azərbaycana axtarışda olan şəxsi təhvil verib

Bolqarıstan Azərbaycana axtarışda olan şəxsi təhvil verib
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Azərbaycan vətəndaşı Ceyhun Mərdəliyev Bolqarıstan tərəfindən ölkəmizə ekstradisiya edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Ceyhun Mərdəliyevin külli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, təqsirləndirilən şəxs qismində cəlb edilib və istintaqdan yayındığı üçün beynəlxalq axtarışa verilib.

Azərbaycan Baş Prokurorluğunun vəsatəti əsasında Bolqarıstanın səlahiyyətli qurumları onun ekstradisiyasını təmin edib. 07 fevral 2025-ci ildə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Ceyhun Mərdəliyev Bolqarıstandan Azərbaycana gətirilib.

Dostuna göndər xəbərdən agah olsun: