Sabah bəzi bölgələrdə güclü külək gözlənilir

Sabah bəzi bölgələrdə güclü külək gözlənilir
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq yayıb.

Proqnoza əsasən, Qobustan, Hacıqabul, Salyan, Neftçala, Lənkəran, Masallı, Cəlilabad, Lerik, Astara və Yardımlı rayonlarında qərb küləyinin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Qeyd edək ki, sarı xəbərdarlıq hava şəraitinin potensial təhlükəli olmasına işarə edir. Sakinlərə ehtiyatlı olmaları tövsiyə edilir.

Dostuna göndər xəbərdən agah olsun: