Bakıda məktəbli şagirdi döydülər: Hadisə ilə bağlı araşdırma aparılır

Agah.az xəbər verir ki, Bakıda məktəbdənkənar ərazidə bir qrup şagirdin digər şagirdi fiziki zorakılığa məruz qoyması ilə bağlı yayılan görüntülər araşdırılır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır və ictimaiyyətdən rəsmi qurumların açıqlamalarına istinad etmələri xahiş olunur. Qeyd edilib ki, bu cür hadisələr zamanı uşaqların psixoloji sağlamlığı diqqət mərkəzində saxlanılır.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, insidentlə əlaqədar müvafiq polis orqanlarında araşdırmalara başlanılıb. Hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində 280 nömrəli orta məktəbin yaxınlığında baş verib.
açar sözlər: Bakıda məktəbli döyülməsi, fiziki zorakılıq məktəbli, Suraxanı rayonu insident, şagird bullinqi, DİN araşdırması