Tramp Putinlə söhbətindən sonra Zelenski ilə danışıb

Tramp Putinlə söhbətindən sonra Zelenski ilə danışıb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın keçmiş lideri Donald Trampla telefon danışığı aparıb.

RBC-Ukrayna-nın məlumatına görə, bu barədə ölkə prezidentinin müşaviri Dmitri Litvin açıqlama verib. Onun sözlərinə görə, iki lider arasında bir saat davam edən söhbət zamanı Tramp, Rusiya Prezidenti Vladimir Putinlə söhbətinin detalları barədə Zelenskiyə məlumat verib.

Zelenski “X” sosial şəbəkəsində ABŞ lideri ilə təhlükəsizlik, iqtisadi əməkdaşlıq və texnoloji imkanlar, xüsusilə pilotsuz uçuş aparatları ilə bağlı geniş müzakirələr apardıqlarını bildirib. O, Trampa birgə əməkdaşlıq üçün təşəkkür edərək, Vaşinqton administrasiyası ilə yeni bir təhlükəsizlik və resurs tərəfdaşlığı sənədinin müzakirə edildiyini vurğulayıb.

Ukrayna prezidenti əlavə edib ki, Rusiya təcavüzünü dayandırmaq və etibarlı sülh təmin etmək üçün ABŞ ilə növbəti addımları planlaşdırıblar və qarşıdan gələn görüşlər üçün əlaqə saxlamağa razılaşıblar.

açar sözlər: Tramp və Zelenski danışıq, Tramp Putin görüşü, Ukrayna ABŞ münasibətləri, Zelenski Tramp söhbəti, Rusiya-Ukrayna müharibəsi

Dostuna göndər xəbərdən agah olsun: