ABŞ NATO-dan çıxacaq? – Müdafiə naziri açıqlama verdi

Agah.az xəbər verir ki, ABŞ NATO-dan çıxmağı planlaşdırmır, lakin Avropa ölkələrinin müdafiə sahəsində daha çox məsuliyyət götürməsini istəyir.
Bu barədə ABŞ müdafiə naziri Pit Heqset Brüsseldə Ukraynaya silah tədarükünü əlaqələndirən Qərb təmas qrupunun iclasında bildirib. O qeyd edib ki, Vaşinqton NATO-ya və Avropa ilə müdafiə sahəsində tərəfdaşlığa sadiqdir, lakin Brüsselin ABŞ-dən asılılığının artmasını qəbul etməyəcək.
“Bizim əsas prioritetimiz Avropanı gücləndirməkdir ki, onlar öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşısın”, – deyə Heqset vurğulayıb.
Bundan əlavə, ABŞ Avropanı müdafiə xərclərini artırmağa çağırıb. Müdafiə naziri bildirib ki, ÜDM-in 2%-i kifayət etmir və Prezident Donald Trampın 5% təklifini dəstəkləyir.
açar sözlər: ABŞ NATO, Pit Heqset, NATO-dan çıxmaq, Avropanın müdafiəsi, müdafiə xərcləri, Donald Tramp