Şəhriyar Məmmədyarovun finaldakı rəqibi bu gün bəlli olacaq

Şəhriyar Məmmədyarovun finaldakı rəqibi bu gün bəlli olacaq
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, şahmat üzrə Azərbaycan çempionatının finalında Şəhriyar Məmmədyarovun rəqibi bu gün müəyyənləşəcək. Yarımfinalda Rauf Məmmədov və Teymur Rəcəbov tay-breykdə qarşılaşacaq.

Şəhriyar Məmmədyarov artıq finala vəsiqə qazanıb və bu raundda Misrəddin İskəndərova 2:0 hesabı ilə qalib gəlib.

Qadınlar arasında isə Günay Məmmədzadə Gülnar Məmmədova ilə, Ülviyyə Fətəliyeva isə Gövhər Beydullayeva ilə tay-breyk görüşü keçirəcək.

Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min manat, qadınlarda isə 30 min manat təşkil edir.

açar sözlər: Şəhriyar Məmmədyarov final, şahmat Azərbaycan çempionatı, Rauf Məmmədov Teymur Rəcəbov, tay-breyk görüşü, qadın şahmatçılar, mükafat fondu

Dostuna göndər xəbərdən agah olsun: