Türkiyə XİN Xankəndidəki partlayışla bağlı bəyanat yayıb: “Yardım göstərməyə hazırıq”

Dostuna göndər xəbərdən agah olsun:

“Ehtiyac yaranarsa, Türkiyə Xankəndidəki partlayışla bağlı lazımi yardımı göstərməyə hazırdır”.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sentyabrın 25-də Xankəndidə baş vermiş partlayışla bağlı bəyanatında bildirilib.

“Sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində çoxlu sayda insanın həyatını itirməsinə, yüzlərlə insanın ağır yaralanmasına görə kədərləndik. Bu faciəli hadisə nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı verir, yaralananlara şəfa diləyirik”, – nazirlikdən qeyd olunub.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45