Erməniəsilli şəxs: “Qarabağ Azərbaycanındır və Azərbaycan pasportuna keçəcəyəm”

Dostuna göndər xəbərdən agah olsun:

“Qarabağ Azərbaycanındır və Azərbaycan pasportuna keçəcəyəm”.

“Report”un Laçına ezam olunan əməkdaşının xəbərinə görə, bunu Qarabağın erməniəsilli sakini Suren Babayan deyib.

Onun sözlərinə görə, 36 ildir Şuşanın Daşaltı kəndində yaşayır və geri qayıtmaq fikri var:

“Bütün ailəm, qohumlarım Turşsuda qalıb. Qoyunlarımın bir hissəsini indi keçirirəm, yarısı hələ orada qalıb. Azərbaycan tərəfinin heç bir təzyiqinə məruz qalmadım. Uzun müddət Azərbaycanda fermer təsərrüfatım olub. Ağcabədidə ferma müdiri olmuşam, 11 min mal-qaram olub”.

S.Babayan onu da bildirib ki, tezliklə Azərbaycan pasportunu almaq fikri var:

“Qarabağ Azərbaycanındır və mən bunu həmişə bu cür də bilmişəm”.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45