İlham Əliyev: “Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq”

Agah.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutduğunu bildirib. Dövlət başçısı ölkəmizin genişmiqyaslı layihələr həyata keçirdiyini və regional bağlantılar yaratdığını vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını, müstəqil siyasətini və həyat tərzini qətiyyətlə müdafiə etdiyini bildirib:
“Mən deyərdim ki, dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz.”
açar sözlər: İlham Əliyev müsahibə, Azərbaycan beynəlxalq mövqe, Cənubi Qafqaz geosiyasət, Xəzər regionu inkişaf, milli maraqlar, müstəqil siyasət