İstanbulda əlverişsiz hava şəraiti səbəbindən məktəblər bağlanıb

Agah.az xəbər verir ki, İstanbul Valiliyi şəhərdə güclü qar və əlverişsiz hava şəraiti səbəbindən bəzi rayonlarda məktəblərin bir günlük bağlanması barədə qərar verib.
Bağlanma qərarı Başakşehir, Esenyurt, Beykoz, Avcılar, Arnavutköy, Sultanqazi, Beylikdüzü, Küçükçekmece və Büyükçekmece rayonlarını əhatə edir.
Valilikdən bildirilib ki, hava şəraitinin inkişafı diqqətlə izləniləcək və əlavə tədbirlər barədə məlumat veriləcək.