Türkiyə Suriyadan mal idxalına icazə verdi

Agah.az xəbər verir ki, Türkiyə Ticarət Nazirliyi Suriyadan mal və ərzaq məhsullarının idxalına icazə verib.
Bu barədə Suriya Quru və Dəniz Limanları Baş İdarəsinin nümayəndəsi Mazen Alluş məlumat verib. Onun sözlərinə görə, hər iki ölkənin müvafiq qurumlarının apardığı danışıqlar nəticəsində Suriya məhsullarının Türkiyə bazarına çıxışına qoyulan məhdudiyyətlər ləğv edilib.
Bu qərarın iki ölkə arasındakı ticarət əlaqələrinin canlanmasına və iqtisadi əməkdaşlığın güclənməsinə töhfə verəcəyi gözlənilir.