Fevralın 13-də taksi və yükdaşıma sürücüləri üçün imtahan keçiriləcək

Fevralın 13-də taksi və yükdaşıma sürücüləri üçün imtahan keçiriləcək
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 13-də taksi sürücüləri, beynəlxalq sərnişin və yük daşımaları operatorlarının məsul şəxsləri, həmçinin beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər üçün imtahan təşkil edəcək.

İmtahanlarda ümumilikdə 1 513 nəfər iştirak edəcək ki, onların 1 439-u taksi sürücüsü, 63-ü yükdaşıma sürücüsü, 11-i isə operator vəzifəsində çalışanlardır. Sınaq prosesi DİM-in elektron imtahanlar korpusunda kompüter vasitəsilə aparılacaq və iştirakçılar nəticələri dərhal öyrənə biləcəklər.

Namizədlər imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əsli və “İmtahana buraxılış vərəqəsi”ni təqdim etməlidirlər. Sənədlərdə uyğunsuzluq olarsa, iştirakçılar imtahana buraxılmayacaq.

İmtahan bir saat davam edəcək. Taksi sürücülərinə etik davranış və sərnişindaşıma qaydaları ilə bağlı 20 test tapşırığı, yükdaşıma sürücülərinə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim olunacaq. Səhv cavablar düzgün cavablara təsir göstərməyəcək. 10 və daha çox bal toplayan taksi sürücüləri, 15 və daha çox bal toplayan yükdaşıma sürücüləri imtahanı uğurla keçmiş sayılacaq və müvafiq şəhadətnamə alacaqlar.

Dostuna göndər xəbərdən agah olsun: