Sabah Bakıda və bölgələrdə hava necə olacaq?

Sabah Bakıda və bölgələrdə hava necə olacaq?
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, fevralın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə az çiskin müşahidə oluna bilər.

Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək – 772 mm civə sütunu olacaq. Nisbi rütubət isə gecə 70-80 %, gündüz 60-65% arasında dəyişəcək.

Ölkənin rayonlarında da əsasən yağmursuz hava proqnozlaşdırılır. Lakin axşam bəzi şərq rayonlarında yağıntılar gözlənilir. Dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.

Temperatur göstəriciləri belə olacaq:

  • Aran bölgələrində gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti;
  • Dağlıq ərazilərdə gecə 5-10° şaxta, yüksək dağlıq zonalarda 13-18° şaxta, gündüz 0-5° şaxta.
Dostuna göndər xəbərdən agah olsun: