Tramp Avropa əczaçılıq məhsullarına rüsum tətbiq edə bilər

Agah.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti və 2024-cü il prezident seçkilərinin namizədi Donald Tramp Avropa istehsallı əczaçılıq məhsullarına rüsum tətbiq etməyi planlaşdırır.
“Politico” nəşrinin məlumatına görə, Tramp konkret müddət açıqlamasa da, Avropa əczaçılıq sektoruna təsir göstərəcəyini bildirib. Bu qərardan ən çox zərər görəcək ölkələrdən biri İrlandiya ola bilər. ABŞ 2023-cü ildə 54 milyard avro dəyərində İrlandiya məhsulları idxal edib ki, bunun 36 milyard avrosu dərman preparatları və kimyəvi maddələr təşkil edib.
Trampın planları Danimarkanın “Novo Nordisk” əczaçılıq şirkətinə də təsir edə bilər. Şirkət “Ozempic” adlı məşhur diabet və piylənmə dərmanının istehsalçısıdır.