Biləsuvarın bəzi ərazilərində qaz təchizatında fasilə olacaq

Agah.az xəbər verir ki, fevralın 11-də Biləsuvar şəhərinin bir hissəsində və iki kənddə qaz verilişində müvəqqəti fasilə yaranacaq.
Bu, Biləsuvar Peşə Liseyinin qaz xəttinin mövcud mənbəyə qoşulması ilə əlaqədardır. Buna görə də H.Əliyev küçəsi, Upromxor, Təyyarə meydanı yaşayış massivi, eləcə də Muğan və Yuxarı Ağalı kəndlərində qaz təchizatı saat 10:00-dan etibarən işlər tamamlanana qədər dayandırılacaq.