Bakıda anasını qətlə yetirən İqor Avşarov həbsdə vəfat etdi

Agah.az xəbər verir ki, anasını amansızcasına qətlə yetirən və 18 il müddətinə azadlıqdan məhrum edilən İqor Avşarov bir neçə gün əvvəl Bakı həbsxanasında dünyasını dəyişib. Qohumlarının məlumatına görə, onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.
Hadisə 2016-cı ildə Suraxanı rayonunun Hövsan qəsəbəsində baş vermişdi. 78 yaşlı Lidiya Avşarov mənzilində döyülmə izləri ilə ölü tapılmışdı. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində qətl törədən 56 yaşlı İqor Avşarov saxlanılmışdı.
Araşdırmalar zamanı məlum olmuşdu ki, yataq xəstəsi olan Lidiya Avşarov tez-tez oğlunu çağıraraq saatı soruşur, yemək və su istəyirmiş. Buna dözə bilməyən İqor Avşarov sərxoş halda anasını döyərək başına zərbələr endirib. Ağır xəsarət alan qadın hadisə yerində dünyasını dəyişmişdi.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə İqor Avşarova 18 il azadlıqdan məhrumetmə cəzası verilmişdi.
açar sözlər: İqor Avşarov vəfat etdi, Hövsan qəsəbəsi qətl, ana qətli, Bakı həbsxanası ölüm, məhkəmə qərarı