Qırğızıstan MSK sədri Nurjan Şayldabekova istefa verib

Agah.az xəbər verir ki, Qırğızıstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Nurjan Şayldabekova istefa verib.
O, bu barədə MSK-nın iclasında məlumat verərək, səlahiyyət müddətinin vaxtından əvvəl başa çatdırılması ilə bağlı ərizə yazıb. Komissiya üzvləri onun istefasını qəbul ediblər.
Nurjan Şayldabekova 2016 və 2021-ci illərdə MSK sədri seçilib və uzun illər bu vəzifədə çalışıb.